Menyu

"Tottenhem"in yeni baş məşqçisi bəlli oldu

Operativ Media
"Tottenhem"in yeni baş məşqçisi bəlli oldu

"Tottenhem" baş məşqçi postuna Iqor Tudoru gətirib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

Əldə olunan razılaşmaya əsasən, Tudor 2026-cı ilin iyun ayınadək komandanın sükanı arxasında qalacaq. Bildirilir ki, təklif təcrübəli çalışdırıcı tərəfindən qəbul edilib və o, yayadək komandaya rəhbərlik edəcək.

Klub rəhbərliyi isə yay aylarında baş məşqçi postu üçün alternativ variantları da nəzərdən keçirir. Məlumata görə, daimi təyinat üçün əsas namizədlər arasında Roberto De Zerbi və Mauricio Poçettino yer alır.

Əlaqəli Xəbərlər