http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq

19 Oktyabr 2022 , 14:59
Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq

Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

 

"Operativ Media” “Anadolu”ya istinadən xəbər verir ki,  Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.

 

Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.

 

Onun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.

 

Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

 

Xatırladaq ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb, Xarici İşlər Nazirliyinə isə müvafiq beynəlxalq strukturlara bununla bağlı məlumat göndərilməsi ilə bağlı tapşırıq verilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

İran ballistik raketləri Rusiyaya təhvil verib

İran ballistik raketləri Rusiyaya təhvil verib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu