Menyu

“Cüdo məktəblərdə” layihəsi davam edir: 4 min şagird əhatə olunub

Operativ Media
“Cüdo məktəblərdə” layihəsi davam edir: 4 min şagird əhatə olunub

Azərbaycan Cüdo Federasiyası və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Cüdo məktəblərdə” layihəsi davam edir.

Operativ Media xəbər verir ki, layihə çərçivəsində Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbdə IV, V və VI sinif şagirdləri üçün fiziki tərbiyə dərsləri əsasında cüdo məşğələləri təşkil olunur.

Dərslərdə məktəblilərə cüdonun baza qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi) və ilkin hərəkət vərdişləri öyrədilir. Məşğələlər beynəlxalq sertifikata malik məşqçi Niyaməddin Abbasov tərəfindən keçirilir.

Proqramı uğurla tamamlayan şagirdlərə sertifikat təqdim olunacaq. Həmçinin məşğələlərin sonunda uşaqlara və valideynlərə yaxın ərazidə fəaliyyət göstərən cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və idmana qoşulmaq üçün sadə qeydiyyat seçimləri təqdim olunacaq. Qeyd edək ki, layihə ilkin mərhələdə paytaxtın 10 məktəbində 4 min şagirdi əhatə edir.

Əlaqəli Xəbərlər