Menyu

U-19 Azərbaycan çempionatı: oğlanlarda yarımfinalçılar, qızlarda isə ilk finalçılar bəlli oldu

Operativ Media
U-19 Azərbaycan çempionatı: oğlanlarda yarımfinalçılar, qızlarda isə ilk finalçılar bəlli oldu

U-19 Azərbaycan çempionatında oğlan boksçuların mübarizəsində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

Operativ Media xəbər verir ki, 60 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 44 döyüş baş tutub.

Oğlan boksçular arasında 10 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Qız boksçuların yarışında isə daha 2 çəkidə finalçılar dəqiqləşib. 54 kq-da məğlub olanlar çempionatı 3-cü yerdə bitiriblər.

Qeyd edək ki, sabah oğlan idmançılar yarımfinal, qızlar final döyüşlərinə çıxacaqlar. Sonuncular, həmçinin 4 çəkidə bürünc medalçıları da müəyyənləşdirəcəklər.

Əlaqəli Xəbərlər