https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Zirə qəsəbəsində süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

16 Mart 2023 , 16:09
32
Zirə qəsəbəsində süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Operativ Media"ya  verilən məlumata görə, Bakının Xəzər rayonu, Zirə qəsəbəsindəki Tərəvəzçilik-Südçülük sovxozunda “Zirə Süd” MMC-yə məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, hazır məhsulların və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlanıldığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu, müəssisədə emal prosesində istifadə edilən südün minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin göstərilmədiyi, məhsulların etiketlənməsində yanlış məlumatların qeyd olunduğu, temperatur rejiminin gözlənilmədiyi və digər nöqsanlar müəyyən olunub. Eyni zamanda istehsal sahəsində yerləşdirilmiş soyuducuda saxlanılan 15 ədəd 1 litrlik qablaşdırmada satış üçün nəzərdə tutulan, üzərində müvafiq etiket məlumatları olmayan süd məhsulu aşkarlanıb.

Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Bakının ictimai iaşə dövriyyəsi artıb

Bakının ictimai iaşə dövriyyəsi artıb

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu