"Nyukasl"ın yarımmüdafiəçisi iki aylıq sıradan çıxdı
Operativ Media
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Operativ Media xəbər verir ki, müayinə nəticəsində 28 yaşlı braziliyalı futbolçunun sol budundan ciddi zədə aldığı aşkar olunub.
İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”lə matçda (2:1) zədələnən futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimarayeşin müalicə üçün vətəninə yollanacağı bildirilib.
“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.