Menyu

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürür

Operativ Media
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürür

Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır. 

Operativ Media xəbər  verir ki, kişi şahmatçıların yarışında Əhməd Əhmədzadə Şəhriyar Məmmədyarovla, Eltac Səfərli Məhəmməd Muradlı ilə, Nicat Abasov Aydın Süleymanlıyla, Rauf Məmmədov isə Read Səmədovla mübarizə aparacaq.

Qadınların yarışında Səbinə İbrahimova - Ülviyyə Fətəliyeva, Xanım Balacayeva-Gülnar Məmmədova, Nərmin Abdinova-Türkan Məmmədyarova, Günay Məmmədzadə-Ayan Allahverdiyeva partiyaları oynanılacaq. 

Yarış saat 15-00-da başlayır. Qeyd edək ki, şahmatçılar bir-biriləriylə iki oyun keçirəcək. Qalib müəyyənləşmə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.

Əlaqəli Xəbərlər