Menyu

Alim Nəbiyev Batumidə beynəlxalq turnirdə MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb

Operativ Media
Alim Nəbiyev Batumidə beynəlxalq turnirdə MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində GFC (Georgian Fighting Championship) və “Grand Bellagio Championship” turniri keçirilib.

Operativ Media xəbər verir ki, çempionatda iki azərbaycanlı idmançı mübarizə aparıb. Gecənin ən maraqlı qarşılaşması Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, “Professor” ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında baş tutub.

Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək inamlı qələbə qazanıb. Bununla da o, MMA karyerasında ardıcıl üçüncü qalibiyyətini rəsmiləşdirib.

Gecənin digər azərbaycanlı qalibi isə Elvin Kamilli olub. O, gürcü idmançı Sandro Datanaşvilini məğlub edərək Azərbaycan komandasına növbəti qələbəni qazandırıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail və Braziliyadan olan idmançılar qüvvələrini sınayıblar.

Tədbiri izləmək üçün Azərbaycandan tanınmış idmançılar və məşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin və Batumidəki Baş konsulluğunun nümayəndələri, eləcə də yerli icma təmsilçiləri Batumi şəhərinə səfər ediblər.

Fotogalereya

Əlaqəli Xəbərlər