Rubio Zelenski ilə görüşdə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Operativ Media
ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə müdafiə və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.
Operativ Media xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəhbəri sosial şəbəkə hesabında qeyd edib.
Görüş “Ukraynanın təhlükəsizliyi, müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi” məsələlərinə həsr olunub. O, Ukraynadakı münaqişənin həllinə də toxunaraq bildirib: “ABŞ Prezidenti Donald Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu tapmaq istəyir”.
Qeyd edək ki, Rubio daha əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edib.