Sabah ölkə ərazisində 20 dərəcə isti olacaq - PROQNOZ
Operativ Media
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunudan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacağı gölzənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.