Menyu

"Falcon 9" raketi 24 "Starlink" internet peykindən ibarət qrupu orbitə çıxarıb

Operativ Media
"Falcon 9" raketi 24 "Starlink" internet peykindən ibarət qrupu orbitə çıxarıb

"Falcon 9" daşıyıcı raketi bazar günü "Starlink" sisteminin qlobal internet əhatə şəbəkəsinin qruplaşmasını tamamlamaq üçün 24 mini peykdən ibarət partiyanı orbitə çıxarıb.

Operativ Media xəbər verir ki, bu barədə "SpaceX" məlumat yayıb.

Bu, ilin əvvəlindən "Starlink" aparatlarının artıq 13-cü buraxılışıdır. Raketin buraxılışı Kaliforniyadakı Vandenberq Amerika Kosmik Qüvvələri bazasındakı "SLC-4E" start meydançasından həyata keçirilib.

Buraxılış çərçivəsində 23-cü dəfə istifadə olunan daşıyıcı raketin birinci pilləsi Sakit okeanda "Of Course I Still Love You" dəniz platforma dronuna idarə olunan şaquli eniş edib.

Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.

Əlaqəli Xəbərlər