UEFA İngiltərə klubunu cəzalandıra bilər
Operativ Media
“Aston Villa” UEFA-nın maliyyə qaydalarını pozduğuna görə cərimələnə bilər.
Operativ Media xəbər verir ki, klubun UEFA-nın heyət xərcləri qaydasını ardıcıl ikinci il pozduğu güman edilir.
Qaydaya əsasən, klubun oyunçu maaşları, transferlər və agentlər üzrə xərcləri gəlirlərinin 70 faizini keçərsə, cərimə nəzərdə tutulur.
2025-ci ilin iyul ayında Birminhem klubu heyət xərcləri limitini aşdığına görə 6 milyon avro cərimə olunub. Bu limit klubun gəlirlərinin 80 faizi olaraq müəyyən edilib. 2025/26 mövsümündən etibarən limit 70 faizə endirilib.
“Aston Villa”nın bu mövsüm gəliri ötən mövsümlə müqayisədə azalıb, çünki klub bu mövsüm Avropa Liqasında oynayır, ötən mövsüm isə mükafat pulunun xeyli yüksək olduğu Çempionlar Liqasında mübarizə aparıb.