Vüsal İsgəndərli qol vurdu, komandası qalib gəldi
Operativ Media
Albaniya çempionatında 24-cü tura yekun vurulub.
Operativ Media xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" "Tirana"nı qonaq edib.
Matç ev sahibi komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal İsgəndərli oyuna start heyətdə başlayıb və 37-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. 30 yaşlı hücumçu 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Partizani" 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net