Neymar yaşıl meydanlara qayıtdı
Operativ Media
"Santos" Paulista Çempionatının səkkizinci turunda evdə "Velo" klubunu 6:0 hesabı ilə darmadağın edib
Operativ Media xəbər verir ki, "Santos"un hücumçusu Neymar diz əməliyyatından sonra 2026-cı il mövsümündə komandasında ilk oyununu keçirib. Bundan əvvəl hücumçu 10 oyunu buraxmışdı.
34 yaşlı braziliyalı ikinci hissənin əvvəlində əvəzedici heyətlə meydana daxil olub.
"Santos"un heyətində Qabriel Barbosa (bir qol), Moises, Taciano, Qabriel Menino və Benjamin Rollheiser fərqlənib.
Neymarın "Santos"la müqaviləsi 31 dekabr 2026-cı ilə qədərdir. Komanda səkkiz oyundan sonra 12 xalla Paulista turnir cədvəlində səkkizinci yerdədir. "Velo" (səkkiz oyundan sonra beş xal) isə 15-ci yerdədir.