Menyu

"Atalanta"nın hucumçusu sıradan çıxdı

Operativ Media
"Atalanta"nın hucumçusu sıradan çıxdı

"Atalanta"nın hücumçusu Cakomo Raspadori İtaliya çempionatının 25-ci turunda "Latsio" ilə matçda (2:0) bud əzələsindən zədə alıb.

Operativ Media xəbər verir ki, bu haqda "SportMediaset" məlumat yayıb.

"Atalanta"nın baş məşqçisi Raffaele Palladino 25 yaşlı italiyalı futbolçunun Çempionlar Liqasının pley-off mərhələsində "Borussiya Dortmund"a qarşı hər iki oyunu buraxacağını təsdiqləyib. İlk oyun 17 fevralda Almaniyada, cavab oyunu isə 25 fevralda İtaliyada keçiriləcək.

Hücumçunun həmçinin 1 martda keçiriləcək A Seriyası oyunu üçün "Sassuolo"ya səfəri və 4 martda keçiriləcək İtaliya Kubokunun yarımfinalının ilk oyununu buraxması ehtimalı var.

Raspadori 2025/26 mövsümündə 20 matçda üç qol vurub və dörd məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər