"Neftçi" 5 il sonra uğurunu təkrarladı
Operativ Media
"Neftçi" klubu 5 ildən sonra Misli Premyer Liqasında ardıcıl iki səfər oyununda üç və ya daha çox qol vurub.
Operativ Media Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, XVIII turda "Araz-Naxçıvan"ı 4:0, XX turda isə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edən bakılılar məhsuldarlıq seriyası yaxalayıblar.
"Ağ-qaralar"ın səfər matçlarında belə məhsuldarlığı sonuncu dəfə 2020/2021 mövsümünün sonunda qeydə alınıb.
Paytaxt təmsilçisi 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə "Şamaxı"nı 3:0, "Səbail"i isə 4:0 hesabı ilə üstələmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net