Almaniya millisinin baş məşqçisi İngiltərədə çalışa bilər
Operativ Media
"Mançester Yunayted" Almaniyadan yeni baş məşqçi variantını nəzərdən keçirir. Klub rəhbərliyi hazırda Almaniya millisinin çalışdırıcısı Yulian Nagelsmannın nümayəndələri ilə ilkin təmaslara başlayıb.
Operativ Media xəbər verir ki, bu haqda "Topskills Sports UK" məlumat yayıb.
Məlumata görə, 38 yaşlı mütəxəssisin adı “qırmızı şeytanlar”ın əsas namizədləri sırasında yer alır. Klub daxilində hesab edirlər ki, o, Premyer Liqada söz sahibi ola biləcək növbəti alman baş məşqçi potensialına malikdir və vaxtilə Yürgen Kloppun "Liverpul" ilə qazandığı uğurlara bənzər nəticələr əldə edə bilər.
Bununla belə, komandanın aparıcı futbolçuları hazırkı müvəqqəti baş məşqçi Maykl Kerrikə dəstək nümayiş etdirir. Xüsusilə kapitan Bruno Fernandes onun komandada qalmasının tərəfdarları arasındadır.
Qeyd edək ki, Nagelsmannın Almaniya Futbol İttifaqı ilə qüvvədə olan müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.