"Yuventus" "Qalatasaray"la oyuna itki ilə çıxacaq
Operativ Media
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Yuventus"un yeni transferi sıradan çıxıb.
Operativ Media xəbər verir ki, "İnter"lə oyuna sonradan daxil olan Emil Holm zədələnərək meydançanı tərk edib.
Holmun iki həftəlik müalicə müddətindən sonra vəziyyətinə yenidən baxılacaq. Holm zədə səbəbindən "Qalatasaray" matçında oynaya bilməyəcək.
Qış transfer pəncərəsində "Bolonya"dan satınalma hüququ ilə icarə əsasında "Yuventus"a keçən 25 yaşlı oyunçu yeni komandasında iki matçda iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net