"Bavariya" kotdivuarlı vingerlə maraqlanır
Operativ Media
Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Münxen təmsilçisi hazırda "Leypsiq" formasını geyinən gənc kotdivuarlı cinah oyunçusu Yan Diomandeni transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Futbolçu bu mövsüm Bundesliqada sərgilədiyi parlaq çıxışı ilə diqqətləri üzərinə cəlb edib.
Komandanın baş məşqçisi Vinsent Kompani gənc vingerin oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun potensialına inanır.
Qeyd olunur ki, Diomandenin transferi uğrunda mübarizə asan olmayacaq. Belə ki, İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubu da futbolçu ilə maraqlanır. Bu yay transfer dönəmində oyunçu üçün ciddi rəqabətin yaranacağı gözlənilir.