Menyu

"Real Madrid" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir

Operativ Media
"Real Madrid" "Barselona"nın müdafiəçisini transfer etmək istəyir

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını "Real Madrid"də davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Topskills Sports UK" məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu fransız futbolçunu toxunulmaz hesab edir, lakin təklif 60 milyon avro ilə 80 milyon avro arasında olarsa, "Barselona" transferi nəzərdən keçirməyə hazırdır . Məlumata görə, müdafiəçi ilə "Çelsi" də maraqlanır.

Kunde 2022-ci ildən bəri "Barselona"da oynayır. 2025/26 mövsümündə o, komandanın heyətində bütün yarışlarda 36 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. 27 yaşlı Kundenin kataloniyalılarla müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Əlaqəli Xəbərlər