Menyu

“Kəngərli” firmasına məxsus bazarda yoxlama keçirilib

Operativ Media
“Kəngərli” firmasına məxsus bazarda yoxlama keçirilib

Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisi, M.Şərifli küçəsində fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

AQTA-dan Operativ Media-ya verilən məlumata görə, bazar daxilində müvafiq təmizlik işləri aparılmır, antisanitar vəziyyət mövcuddur, satışa çıxarılan balıqların bir qismi soyuducuda saxlanılmır.

Bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı obyektinin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Obyektdə dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan ümumi çəkisi 30 kq hind quşu və hissələri aşkarlanıb. 

Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub, unlu qənnadı məmulatların emalı sahəsində nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, baytarlıq ekspertiza sənədləri olmayan məhsullar dövriyyədən çıxarılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər