Emin Əmrullayev Mərakeşdə parlament sədri ilə görüşüb
Operativ Media
Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Təlbi Alami ilə görüşüb.
Operativ Media xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
Görüşdə elm və təhsil sahəsində ölkələr arasındakı cari əməkdaşlıq və nəzərdə tutulan təşəbbüslər barədə müzakirələr aparılıb.