Menyu

Amerikadan necə məhsul sifariş vermək olar? - İZAH

Operativ Media
Amerikadan necə məhsul sifariş vermək olar? - İZAH

Son illər Azərbaycanda xarici onlayn alış-verişə maraq artıb. Ən çox alış verir edilən platformalardan biri də Amazondur.

Operativ Media xəbər verir ki, bir çox hallarda məhsulların birbaşa Azərbaycana çatdırılması mümkün olmadığından vətəndaşlar yerli kargo şirkətlərinin ABŞ ünvanlarından istifadə edirlər.

Proses necə həyata keçirilir?

Alıcı əvvəlcə yerli kargo şirkətində qeydiyyatdan keçir. Şirkətlər müştərilərinə ABŞ-də anbar ünvanı təqdim edir. Qeydiyyatdan sonra hər istifadəçiyə xüsusi “suite” və ya fərdi kod verilir.

Alıcı sifariş zamanı həmin ABŞ ünvanını Amazon hesabında çatdırılma ünvanı kimi qeyd edir. Məhsul əvvəlcə kargo şirkətinin ABŞ anbarına çatdırılır. Daha sonra bağlama çəkiyə uyğun ödəniş əsasında Azərbaycana göndərilir.

Çatdırılma müddəti və ödəniş

Şirkətlərin təqdim etdiyi məlumata görə, çatdırılma müddəti adətən 7–14 gün arasında dəyişir. Qiymətlər isə bağlamanın çəkisinə əsasən hesablanır. 

Smart Customs sistemi ilə bəyanetmə

Bağlama Azərbaycana göndərilməzdən əvvəl vətəndaş məhsulu elektron qaydada bəyan etməlidir. Bu proses Smart Customs sistemi üzərindən həyata keçirilir

Qeyd edək ki, mövcud qaydalara əsasən, fiziki şəxslər üçün xaricdən gətirilən məhsullar üzrə aylıq 300 ABŞ dolları məbləğində gömrük limiti tətbiq olunur. Bu limit daxilində olan sifarişlər üçün əlavə gömrük rüsumu hesablanmır.

Əgər aylıq sifarişlərin ümumi dəyəri 300 dolları keçərsə, artıq məbləğə görə gömrük ödənişi tətbiq edilir.

Əlaqəli Xəbərlər