Menyu

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir - YENİLƏNİB

Operativ Media
Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18‑dən martın 5-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir.

***

08:04

Bu gündən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Operativ Media xəbər verir ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-də, 12-də və 26-da, tam (11 illik) orta təhsil səviyyəsi üzrə isə iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.

Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayon üzrə müəyyən edilmiş tarixdə imtahan verəcəklər. Sumqayıt və Abşeron ərazisində yerləşən peşə liseylərinin məzunları isə martın 9-da imtahana qatılacaqlar.

Aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Mayın 17-də isə əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Əlaqəli Xəbərlər