https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Zaqatalada kişi arvadını ov tüfəngi ilə qətlə yetirib - YENİLƏNİB

17 Mart 2023 , 10:31
169
Zaqatalada kişi arvadını ov tüfəngi ilə qətlə yetirib - YENİLƏNİB

Martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, 

İbtidai istintaq davam edir.

***

09:41

Martın 17-da saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb. 

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək

Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Azərbaycanın İsraildəki Səfirliyi bir həftədən sonra açılacaq

Azərbaycanın İsraildəki Səfirliyi bir həftədən sonra açılacaq

XƏBƏR LENTİ 0
  • 06:26

    Blinken: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər”
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
Menyu