İtaliya WUF13-də iştiraka dəvət olunub
Komitə sədri Anar Quliyev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə məhsuldar görüş keçirib.
Operativ Media xəbər verir ki, görüş zamanı Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yüksək qiymətləndirilib, şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin qardaşlaşmış şəhərlər platforması çərçivəsində #əməkdaşlıq imkanları müzakirə olunub, müasir şəhər inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və #nnovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.
Komitə sədri may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında İtaliya tərəfinin fəal iştirakına ümidvar olduğunu qeyd edib.