https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

Su Polisi elektriklə qanunsuz balıq ovlayan şəxsi saxlayıb

17 Mart 2023 , 10:56
45
Su Polisi elektriklə qanunsuz balıq ovlayan şəxsi saxlayıb

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Tovuz rayon sakini Əziz Hüseynov saxlanılıb. Onun ovladığı 33 ədəd “şəhmayı” və 3 ədəd “daban (karas)” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1122 manat miqdarında zərər vurması müəyyən edilib. Ə. Hüseynov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


Vaxtaşırı olaraq Mingəçevir və Şəmkir Su Anbarlarında keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Ələtdə evlərdən birindən kişi meyiti tapılıb

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

İsmayıllı sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu