Yeni Zellandiyada deputatların "TikTok"dan istifadə etməsi qadağan ediləcək
Nərmin Qocamanlı
Yeni Zelandiya təhlükəsizliklə əlaqədar olaraq millət vəkillərinə və digər parlament üzvlərinə "TikTok"dan ictimai telefonlarda istifadə etməyi qadağan edəcək.
"Operativ Media" AFP-yə istinadən xəbər verir ki, dövlət rəsmiləri bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər .
Yeni Zelandiyadakı qadağa bu ayın sonunda digər ölkələrdə tətbiq edilən oxşar qərarlardan sonra qüvvəyə minəcək. Bununla belə, ölkədəki qadağa qərarı ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki 500-ə yaxın şəxsin ictimai telefonlarına şamil ediləcək .
Yeni Zelandiyanın Baş naziri Kris Hipkins jurnalistlərə telefonunda "TikTok" olmadığını deyib : "Mən o qədər də müasir və dəbli deyiləm", - o, bildirib.
Teqlər:
"Yeni Zellandiyada deputatların \"TikTok\"dan istifadə etməsi qadağan ediləcək"