Zaqatalada keçmiş məhkumdan tiryək götürülüb
Nərmin Qocamanlı
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasiə daşımaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də məhkum olunmuş Feyruz Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, F.Hüseynovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net