Martın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib
Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.
"Operativ Media" xəbər verir ki, bu barədə ƏƏSMN-in Mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.