Menyu

Bayram günlərində bölgələrdə gözlənilən hava proqnozu açıqlanıb

Nərmin Qocamanlı
Bayram günlərində bölgələrdə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb.

"Operativ Media" xəbər veir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Məlumata görə, istirahət və bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən qeyri-sabit keçəcəyi, qısa fasilələrlə yağıntılı olacağı gözlənilir.

Martın 19-u axşamdan 24-ü axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 21-i axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gözlənilən yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Teqlər:

"Bayram günlərində bölgələrdə gözlənilən hava proqnozu açıqlanıb"

Əlaqəli Xəbərlər