https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17 Mart 2023 , 19:20
27
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

OXŞAR XƏBƏRLƏR
Şarl Mişel İlham Əliyevə zəng edib - YENİLƏNİB

Şarl Mişel İlham Əliyevə zəng edib - YENİLƏNİB

Azərbaycan XİN ermənilərin Qarabağdakı təxribatları ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN ermənilərin Qarabağdakı təxribatları ilə bağlı bəyanat yayıb

Ermənilərin səngər hazırlamasının qarşısı alınıb

Ermənilərin səngər hazırlamasının qarşısı alınıb

XƏBƏR LENTİ 0
  • 22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • 22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • 21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • 21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • 20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • 20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • 20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • 19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu