https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Bakının Nəsimi rayonunda qumbara aşkarlanıb

18 Mart 2023 , 09:48
40
Bakının Nəsimi rayonunda qumbara aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.

Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nın minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb.

OXŞAR XƏBƏRLƏR
Bakının ictimai iaşə dövriyyəsi artıb

Bakının ictimai iaşə dövriyyəsi artıb

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu