https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Neftçalada qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

18 Mart 2023 , 11:48
26
Neftçalada qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Neftçalada qanunsuz balıq ovu ilə məşğul olaraq təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Şirvan kanalının Neftçala rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Yeniqışlaq kənd sakini Taleh Məmmədov saxlanılıb.
Həmin şəxsdən bir ədəd mühərriklə təchiz edilmiş taxta qayıq, uzunluğu 10 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd külmə balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib. 
Faktla bağlı T.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən respublikanın digər bölgələrində də qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu