https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 9 ° C

Musa Qurbanlı rekord yenilədi

18 Mart 2023 , 14:14
35
Musa Qurbanlı rekord yenilədi

"Qarabağ”ın futbolçusu Musa Qurbanlı Misli Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la oyununda 2 qola imza atıb.

"Operativ Media" xəbər verir ki, 21 yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb. Gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovun göstəricisini arxada qoyub. Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006/07 mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

Qurbanlı həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

OXŞAR XƏBƏRLƏR
Türkiyə Ermənistandan qələbə ilə qayıdır

Türkiyə Ermənistandan qələbə ilə qayıdır

AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO

AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO

Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib

Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib

XƏBƏR LENTİ 0
  • Dünən
    22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • Dünən
    22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • Dünən
    21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • Dünən
    21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • Dünən
    20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • Dünən
    20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • Dünən
    20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • Dünən
    19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu