Sabiq "Liverpul"lu karyerasını bitirdi
Əziz Əzizli
"Qremio”nun yarımmüdafiəçisi Lukas Leyva karyerasını bitirib.
"Operativ Media" xəbər verir ki, ürəyində problemləri olan “Liverpul”un sabiq üzvünə futbol oynamaq qadağan edilib.
Bu üzdən də o, ötən gün karyerasını başa vurduğunu elan edib.
Leyva karyerasına məhz “Qremio” klubunda başlayıb. O, İngiltərənin “Liverpul” və İtaliyanın “Latsio” klublarının da formasını geyinib. Ötən ilin yayında yenidən “Qremio”ya qayıdan futbolçu məhz səhhətinə görə karyerasını davam etdirə bilməyib. 36 yaşlı yarımmüdafiəçi Braziliya yığmasında da 24 oyun keçirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net