https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Bakıda bankomatdan pul çıxaran qadınları izləyərək onlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

18 Mart 2023 , 17:50
147
Bakıda bankomatdan pul çıxaran qadınları izləyərək  onlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda naməlum şəxs  bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib. Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib. 


DİN Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb. Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Faktla bağlı 33-cü Polis Bölməsində  toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
Bakının ictimai iaşə dövriyyəsi artıb

Bakının ictimai iaşə dövriyyəsi artıb

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı

XƏBƏR LENTİ 0
  • Dünən
    23:32

    Bakının ictimai iaşə dövriyyəsi artıb
  • Dünən
    22:32

    "Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
  • Dünən
    22:28

    Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib
  • Dünən
    22:24

    İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib
  • Dünən
    22:06

    Netanyahu Ceyhun Bayramovla İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər
  • Dünən
    22:01

    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
    Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:45

    Şəki Rayon Uşaq Xəstəxansının keçmiş inzibati binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:39

    Yunanıstan illik 3,92 faizlə beşillik istiqrazlar buraxıb
Menyu