"Qarabağ" - "Qalatasaray" matçının hakimləri bəlli oldu
Əziz Əzizli
"Qarabağ” və “Qalatasaray” arasında martın 26-da keçiriləcək xeyriyyə matçının hakimləri bəlli olub.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər.
Tural Qurbanov 4-cü hakim kimi fəaliyyət göstərəcək. Qarşılaşmanın VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma