https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

FHN Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair əhaliyə yenidən müraciət edib

19 Mart 2023 , 11:22
44
FHN Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair əhaliyə yenidən müraciət edib

Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, xalqımızın sevimli Novruz bayramı bir sıra özünəməxsus mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram süfrələrində şamların yandırılması ilə xarakterizə olunur. Lakin təəssüflə bildirməliyik ki, bəzən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasızlıq sonda arzuolunmaz nəticələrə, ağır fəsadlarla gətirib çıxarır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar təşkil olunan mərasimlərdə zəruri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edir: “Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu