https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Azərbaycan boksçusu Dünya kubokunun finalına vəsiqə qazandı

19 Mart 2023 , 14:32
30
Azərbaycan boksçusu Dünya kubokunun finalına vəsiqə qazandı

Azərbaycan boksçusu Ömər Aslanlı Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya kubokunun finalına yüksəlib. 54 kq çəkidə mübarizə aparan yığma üzvü yarımfinalda Tomas Boditsopoulosdan (Yunanıstan) üstün olub.

"Operativ Media xəbər verir ki, ilk raundda rəqib zədələndiyindən Aslanlı həlledici döyüşə vəsiqə qazanıb. O, finalda meksikalı Andrey Bonilya ilə üz-üzə gələcək.

Digər boksçularımızdan Məhəmmədəli Aşurəliyev (57 kq) yarımfinalda Yojander Drulletə (Kuba), Ziya Həsənov (71 kq) isə Tauan da Silvaya (Braziliya) məğlub olduğundan bürünc medalla kifayətləniblər. Nəticədə komandamızın heyətində fəxri kürsünün üçüncü pilləsinə qalxacaq yığma üzvlərinin sayı 5-ə çatıb.

Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirdə daha öncə Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc medala sahib olublar.

OXŞAR XƏBƏRLƏR
Türkiyə Ermənistandan qələbə ilə qayıdır

Türkiyə Ermənistandan qələbə ilə qayıdır

AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO

AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO

Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib

Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib

XƏBƏR LENTİ 0
  • 22:52

    Türkiyə Ermənistandan qələbə ilə qayıdır
  • 22:03

    Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır
  • 21:47

    AVRO-2024: Türkiyə hesabı bərabərləşdirdi - VİDEO
  • 21:21

    İspaniyada meşə yanğınına görə 1500 nəfər təxliyə edilib
  • 20:48

    Ələtdə evlərdən birindən kişi meyiti tapılıb
  • 20:36

    Ermənistanda Türkiyə millisinə qarşı təxribat törədilib
  • 20:26

    Brazilya prezidentinin Çin səfəri təxirə salınıb
  • 19:55

    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Menyu