https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu olub

20 Mart 2023 , 00:26
36
Sərbəst güləş üzrə Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu olub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

"Operativ Media" xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb.

Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi Qazaxıstanı məğlub etdi

Azərbaycan millisi Qazaxıstanı məğlub etdi

Ermənistan - Türkiyə oyununun hakimləri bəlli oldu

Ermənistan - Türkiyə oyununun hakimləri bəlli oldu

Mesut Özil futbolçu karyerasını bitirdi

Mesut Özil futbolçu karyerasını bitirdi

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu