http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“İsa” adlı iranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub

20 Mart 2023 , 09:25
“İsa” adlı iranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub


Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun üzərindən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram 808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. T.Mahmudov ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı “İsa” adlı İran vətəndaşından aldığını bildirib. Belə ki,həmin iranlı narkotacir tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən T.Mahmudov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Ölkəyə payız fəsli daxil olub

Ölkəyə payız fəsli daxil olub

Qobustanda ov tüfəngləri aşkar edilib

Qobustanda ov tüfəngləri aşkar edilib

XƏBƏR LENTİ
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
Menyu