Menyu

Cəlilabadda saxlanılan Bakı sakinlərindən külli miqdarda narkotik maddə aşkarlanıb

Əziz Əzizli
Cəlilabadda saxlanılan Bakı sakinlərindən külli miqdarda narkotik maddə aşkarlanıb

Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar. Keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üstündən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər:

"Cəlilabadda saxlanılan Bakı sakinlərindən külli miqdarda narkotik maddə aşkarlanıb"

Əlaqəli Xəbərlər