Menyu

Azərbaycan boksçusu Dünya çempionatına qələbə ilə başladı

Əziz Əzizli
Azərbaycan boksçusu Dünya çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb. 57 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Cennifer Peterslə (Yeni Zelandiya) qüvvəsini sınayıb.

"Operativ Media" xəbər verir ki, görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Qarşılaşma martın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər