20 Mart 2023, 15:02
"Konyaspor" Mahir Emrelinin zədələnməsindən xəbərsizdir
"Konyaspor" Mahir Emrelinin zədələnməsindən xəbərsizdir şəkil
"Konyaspor" Mahir Emrelinin zədələnməsindən xəbərsizdir

Türkiyənin "Konyaspor”u ölkələrinin yığmalarına dəvət alan futbolçuların adlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı var.

Konya təmsilçisinin rəsmi saytında yer alan məlumatda 26 yaşlı forvardın Avstriya və Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyunlarına çağırıldığı bildirilib.

Görünür, klubun Emrelinin zədələnməsindən xəbəri yoxdur. Əks halda onun Azərbaycan millisinin heyətindən çıxarıldığını və bu gün Konyaya qayıdacağını da qeyd edərdilər.

Xatırladaq ki, Mahir Emreli evdə “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub etdikləri XXVI oyununda zədələnib.

Son xəbərlər
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq