İran Prezidenti: İran daha qonşu ölkələrə hücum etməyəcək
Xəbərlər redaksiyası
İran daha qonşu ölkələrə hücum etməyəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müraciətində bildirib.
Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.
Prezident bildirib ki, bundan sonra regional hücum siyasəti yalnız ərazi müdafiəsi çərçivəsində aparılacaq və qəsdən qonşu dövlətlər hədəf alınmayacaq.
İran mediasında yayımlanan açıqlamada Pezeşkian həmçinin qonşu ölkələrdən son günlərdə həyata keçirilmiş zərbələrə görə üzr istəyib.