"Qatar Airways" Dohaya məhdud sayda uçuş həyata keçirəcək
Şəfa Hüseynli
Qatar Airways yeni açıqlamasında sabah London, Paris, Madrid, Roma, Frankfurt və Banqkokdan Dohadakı Hamad Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırdığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Qərarın Qətər Mülki Aviasiya İdarəsinin təhlükəsiz əməliyyat dəhlizini təsdiqləyən müvəqqəti icazəsindən sonra verildiyi bildirilib.
“Bu uçuşlar yalnız son təyinat yeri Doha olan sərnişinlər üçündür”, - deyə məlumatda bildirilir.
Daşıyıcı həmçinin sərnişinləri etibarlı təsdiqlənmiş səyahət bileti olmadıqca uçuş hava limanına gəlməməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net