İran vətəndaşlarını sərt tədbirlərlə hədələyib
İranın Kəşfiyyat Nazirliyi internetdə ABŞ və İsrail zərbələri nəticəsində zərər çəkmiş obyektlərin foto və video yazılarını yayan vətəndaşlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, vurulmuş obyektləri çəkən və materialları yayımlayan vətəndaşlar ölkə daxilində "beşinci kolon" kimi fəaliyyət göstərən "muzdlular" və "İsrail əsgərləri" kimi dəyərləndirə bilərlər.
Qeyd edilib ki, bu cür hərəkətləri izləyən və bu işdə əli olanları məsuliyyətə cəlb edəcək.
"Onlar 2025-ci ilin iyununda ABŞ və İsraillə 12 günlük müharibədən sonra sərt cəzaları nəzərdə tutan düzəlişlərin edildiyi qanuna uyğun olaraq sərt şəkildə cəzalandırılacaqlar", - Nazirlikdən bildirilib.
Bundan əlavə, vətəndaşlar zərbə endirilən yerlərdən foto və video materialların yayılması halları barədə hakimiyyət orqanlarını məlumatlandırmağa çağırılıb.