Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında telefon danışığı olub.
Operativ Media Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı bölgədəki son hadisələr müzakirə olunub.
Ərdoğan Türkiyənin bölgəni fəlakətə sürükləyə biləcək addımlara qarşı mübarizəsini uzun illər davam etdirəcəyini və terror təşkilatlarının və bəzi əlaqəli qrupların son fəaliyyətinin yaxından izlənildiyini bildirib.
O, Türkiyənin bölgədəki münaqişələrə son qoymaq və danışıqlara qayıtmağı təmin etmək üçün intensiv şəkildə çalışdığını bildirib.