Menyu

Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb

Operativ Media
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb

7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Operativ Media-ya verilən məlumata görə, avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb.

Məlumata görə, avtomobili diplomatın həyat yoldaşı idarə edib.

Əlaqəli Xəbərlər